Modern.az

Abdullahian Moskvaya gedir

Abdullahian Moskvaya gedir

Dünya

24 Fevral 2023, 13:11

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian yaxın zamanda Moskvaya səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani bildirib. Qeyd olunub ki, Tehran və Moskva qlobal enerji bazarında balans yaradılması üçün mühüm rol oynaya bilər.

 

XİN sözçüsü həmçinin vurğulayıb ki, görüş zamanı İran və Rusiya arasında ikitərəfli münasibətlər, ölkələrin iqtisadiyyat, ticarət, sənaye, energetika və nəqliyyat, eləcə də bank-maliyyə sektorlarında əməkdaşlığı barədə məsələlər müzakirə olunacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu