Modern.az

Laçın dəhlizində sərhəd-keçid məntəqələri yaradıla bilər - Erməni ekspert

Laçın dəhlizində sərhəd-keçid məntəqələri yaradıla bilər - Erməni ekspert

Dünya

24 Fevral 2023, 13:33

"Laçın dəhlizində sərhəd-keçid və gömrük məntəqələrinin quraşdırılması ilə bağlı yeni razılaşma imzalanması mümkündür".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistandan olan ekspert, siyasi elmlər doktoru Artur Xaçikyan jurnalistlərə müsahibəsində deyib.

 

Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin Qərbə meyl etməsi ilə belə bir uzlaşma reallığa çevrilə bilər. Xaçikyan Qərbə yönəldiyinə görə Paşinyan hakimiyyətinin siyasi kursunu tənqid edib.

 

"Rusiya variantından uzaqlaşaraq, Qərb variantına yaxınlaşan hakimiyyət üçtərəfli razılaşmadan müəyyən qədər kənara çıxır və onun gücü zəifləyir", - ekspert əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu