Modern.az

Ukraynaya ilk "Leopard" tankı bu gün veriləcək

Ukraynaya ilk

Dünya

24 Fevral 2023, 14:06

Polşa Ukraynaya ilk "Leopard 2" döyüş tankını bu gün göndərəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" adının açıqlanmasını istəməyən mənbəyə istinadən məlumat yayıb.

 

Bildirilir ki, 14 tankın birincisi cümə günü Ukraynaya veriləcək.

 

Tankın Polşa Baş naziri Mateuş Moraviesin Rusiyanın işğalının bir illiyinə həsr olunmuş Kiyevə səfəri zamanı təhvil veriləcəyi qeyd olunur.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu