Modern.az

Dünən qəza xəbərini verən qubernator bu gün zəhərləndi

Dünən qəza xəbərini verən qubernator bu gün zəhərləndi

Dünya

24 Fevral 2023, 14:02

Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov zəhərlənərək xəstəxanaya yerləşdirilib.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Qladkov vəziyyətinin kritik olmadığını deyib.

 

"Kritik heç nə yoxdur. Həkimlərin nəzarətindəyəm. Bu gün-sabah məni evə buraxacaqlar. İş çox, xəstələnməyə isə vaxt yoxdur", - qubernator bildirib.

 

İlkin olaraq, ona qidadan zəhərlənmə diaqnozu qoyulub, lakin dəqiq səbəb hələ bəlli deyil.

 

Qeyd edək ki, qubernator dünən rəhbərlik etdiyi Ukrayna ilə həmsərhəd vilayətin ərazisində Rusiya Müdafiə Nazirliyinə məxsus hərbi təyyarənin qəzaya uğraması barədə məlumatı nazirlikdən əvvəl yaymışdı.

Bu xəbər ilə bağlı
Rusiyada hərbi təyyarə qəzası: Pilot öldü - YENİLƏNİB
Xəbəri oxu
Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu