Modern.az

Problem çözülsə, Rusiya təsirini itirər - Sarkisyan Brüssel görüşündən danışdı

Problem çözülsə, Rusiya təsirini itirər - Sarkisyan Brüssel görüşündən danışdı

24 Fevral 2023, 14:45

"Regionda problemlər həll olunarsa, Rusiyanın təsir rıçaqları qalmayacaq".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Amerikan Erməni Araşdırmaları Mərkəzinin rəhbəri Suren Sarkisyan Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanın Brüsseldə görüşə dəvət edilməsini şərh edərkən deyib.

 

"Bu, həmişə mövcud olan normal geosiyasi rəqabətdir. Qərb Rusiyanın Ukraynada başının qarışmasından istifadə edir. Rusiya və ABŞ həmişə təkcə bizim regionda deyil, digər bölgələrdə də rəqabət aparıblar və hər bir tərəf digərlərinin laqeydliyindən və ləngiməsindən istifadə etməyə çalışıb", - o əlavə edib.

 

Ekspertin sözlərinə görə, Vaşinqtonun mövqeyi sadədir: "Əgər regionda problemlər həll olunarsa, o zaman Rusiyanın təsir rıçaqları olmayacaq və Moskva bölgəni tərk edəcək. Bununla belə, Əliyevlə Paşinyanın Moskvada da görüşünün baş tutacağı istisna edilmir". 

 

Sarkisyan Putin və Paşinyan arasında dünən baş tutan telefon danışığına d diqqət çəkib: "Belçikadakı görüşlə bağlı mesaj fonunda Ermənistan və Rusiya liderlərinin telefon söhbəti əbəs deyildi. Bununla da Rusiya kənarda qalmaq istəmədiyini və proseslərə təsir göstərdiyini nümayiş etdirir".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?