Rusiyanın Ermənistandakı səfirliyi qarşısında aksiya keçirilib.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bir qrup aksiyaçı İrəvandakı Rusiya diplomatik nümayəndəliyinin qarşısına gələrək Ukraynadakı müharibənin ildönümü ilə bağlı Moskvaya dəstəklərini ifadə ediblər.
Dəstək aksiyasında "Ermənistan və Rusiya - Əsrin qardaşlığı" və "Rusofobiyaya yox", habelə digər anti-Ukrayna şüarları səsləndirilib, plakatlar qaldırılıb.
Polis aksiyaya müdaxilə etməyib. Saxlanılanlarla bağlı məlumat yoxdur.