Modern.az

Rusiya XİN separatçıların müdafiəsinə qalxdı

Rusiya XİN separatçıların müdafiəsinə qalxdı

Dünya

24 Fevral 2023, 15:48

"Rusiya vəziyyətin gərginləşməsi ilə əlaqədar Ukrayna və NATO ölkələrini Dnestryanı istiqamətində avantürist addımlar atılmaması ilə bağlı xəbərdar edir".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu, Rusiya XİN-in açıqlamasında qeyd olunub.

 

"Rusiya Federasiyası Dnestryanı ilə bağlı istənilən məsələnin siyasi və diplomatik yollarla həllinin tərəfdarıdır. Dnestryanı ilə bağlı Kiyev tərəfindən təxribat olarsa, Rusiya qoşunları adekvat cavab verəcək. Dnestryanı bölgədəki Rusiya sülhməramlılarını təhdid edən istənilən hərəkət ölkəyə hücum kimi qiymətləndiriləcək", - deyə bildirilib.

 

Xatırladaq ki, Dnestryanı Moldova ərazilərində yaradılmış separatçı qurumdur. Əraziyə ötən əsrin 90-cı illərindən Rusiya sülhməramlı kontingenti yeridilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu