Modern.az

Kiyev Çinin sülh təklifinə “YOX” dedi

Kiyev Çinin sülh təklifinə “YOX” dedi

24 Fevral 2023, 16:36

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Çinin sülh təklifinə münasibət bildirib.

 

Modern.az xəbər verir ki, o, tviter səhifəsində bu barədə yazıb.

 

"Yalnız atəşkəs və yeni delimitasiya xətti ilə nəticələnən, Ukrayna ərazilərinin işğalının davam etdirilməsinə səbəb olan istənilən “sülh planı” sülh haqqında deyil, müharibənin dondurulması, Ukraynanın məğlubiyyəti, Rusiyanın soyqırımının növbəti mərhələləri haqqındadır. Ukraynanın mövqeyi məlumdur: Rusiya qoşunları 1991-ci il sərhədlərinə çıxarılmalıdır", - deyə o vurğulayıb.

 

Qeyd edək ki, Çin Ukraynadakı müharibənin bütün tərəflərini hərbi əməliyyatları dayandırmağa və “soyuq müharibə zehniyyətindən əl çəkməyə” çağırıb.

Bu xəbər ilə bağlı
Çindən Ukrayna müharibəsi ilə bağlı 12 TƏKLİF
Xəbəri oxu
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?