Modern.az

“Torpaqlarımızı geri alacağıq” - Medvedev iddialı danışdı

“Torpaqlarımızı geri alacağıq” - Medvedev iddialı danışdı

Dünya

24 Fevral 2023, 18:30

"Biz Ukraynadan torpaqlarımızı geri alacağıq".

 

Modern.az xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev söyləyib.

 

"Xüsusi hərbi əməliyyatın başlanmasından bir il keçir. Artıq bir ildir ki, əsgərlərimiz torpaqlarımızda asayişi, əmin-amanlığı, ədaləti bərpa edib, xalqımızı qoruyub, nasizmin kökünü təmizləyib. Onlar bizim qəhrəmanlarımızdır. Bütün ölkə cəbhəyə lazım olan hər şeyi təmin etməklə onlara kömək edir. Qələbə əldə olunacaq. Biz bunun tez bir zamanda olmasını istəyirik. O gün gələcək. Torpaqlarımızı geri alacağıq. Soyqırımı və bombardman illərində əziyyət çəkən xalqımızı etibarlı şəkildə qoruyacağıq", - Medvedev Ukrayna ilə bağlı iddialar səsləndirib.

 

Müharibədə qalib gələcəklərini və Kiyevi danışıqlar masasına oturtacaqlarını vurğulayan Medvedev Rusiyanın əzəli düşmənini mümkün qədər zəiflətmək istədiyini vurğulayıb:

 

"Bundan sonra danışıqlar gələcək. Əminəm ki, danışıqlar çətin və gərgin keçəcək. Danışıqların rəsmi tərəfi düşmənimiz, amma lider fərqlidir. Sağ olsa belə qərarları nə Zelenski, nə də onun nümayəndələri verəcək. Qərarı Kiyevə silah tədarük edən, okeanın o tərəfindən Ukrayna iqtisadiyyatını ayaqda tutmaq üçün pul yardımı edənlər verəcək".

 

Rahib Ələsgərov

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu