Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts Ukrayna prezidenti Volodimir Zelenskini Rusiya ilə sülh aparmağı nəzərdən keçirməyə başlamağa çağırıb.
Modern.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) nəşri məlumat yayıb.
Qəzet yazır ki, sülh çağırışı üç liderin bu ay Parisdə keçirilən görüşündə səsləndirilib.
Yelisey sarayında şam yeməyi zamanı Makron Zelenskiyə xatırladıb ki, hətta Fransa və Almaniya kimi “ölümcül düşmənlər” də İkinci Dünya Müharibəsindən sonra sülh bağlamaq məcburiyyətində qalıb.
Akif İsmayılov