Modern.az

İran Rusiyaya tank və artilleriya mərmiləri verib 

İran Rusiyaya tank və artilleriya mərmiləri verib 

Dünya

25 Fevral 2023, 00:58

İran Rusiyanı artilleriya və tank mərmiləri ilə təmin edib.

Modern.az "Politico" nəşrinə istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi məlumat verib.

Mərmilərdən Ukraynaya qarşı müharibədə istifadə olunduğu bildirilir.

"Rusiya ilə İran arasında münasibətlərin hər iki istiqamətdə inkişaf edəcəyindən qorxurduq. Və bu qorxular, şübhəsiz ki, əsaslıdır. 2022-ci ilin noyabrında İran Ukraynaya qarşı istifadə üçün Rusiyaya artilleriya və tank mərmiləri verib", - Kirbi deyib.

Onun sözlərinə görə, bu baxımdan müdafiə sahəsində Rusiya-İran əməkdaşlığı ABŞ administrasiyasının narahatlığına səbəb olur.

"Bu, təkcə Ukraynadakı vəziyyəti çətinləşdirməyəcək, həm də tərəfdaşlarımız və dostlarımız üçün Yaxın Şərqdə təhlükəsizlik vəziyyətini çətinləşdirə bilər", - Kirbi vurğulayıb.

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu