Kanada Ukraynaya daha dörd ədəd “Leopard 2” tankı verəcək.
Modern.az xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Castin Trüdo bildirib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Kanadadan daha 4 “Leopard 2” tankı alacaq. Həmçinin Kanada Ukraynaya bir zirehli xilasetmə maşını təhvil verəcək.