Modern.az

Rusiya ATƏT-dən çıxmayacaq - Rəsmi açıqlama

Rusiya ATƏT-dən çıxmayacaq - Rəsmi açıqlama

Dünya

25 Fevral 2023, 15:54

Rusiya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatından (ATƏT) çıxmayacaq.

 

Modern.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabbarov deyib.

 

Onun sözlərinə görə, digər iştirakçıların təzyiqlərinə baxmayaraq, Moskvanı təcrid etmək üçün Rusiyasız yeni təşkilat yaratmaq lazım gələcək.

 

“Biz ATƏT-dəki tərəfdaşlarımızı tərk etməyəcəyik. Biz Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradıcılarıyıq, bizi təcrid etmək mümkün olmayacaq. Əgər bizi təcrid etmək istəyirlərsə, onda başqa təşkilat yaratmalı olacaqlar” - deyə Rusiya təmsilçisi bildirib.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu