Modern.az

Türkiyədə binaların dağılmasına görə 55 nəfər həbs edildi

Türkiyədə binaların dağılmasına görə 55 nəfər həbs edildi

25 Fevral 2023, 16:20

Türkiyədə zəlzələ nəticəsində dağılmış binalarla bağlı 612 şübhəli şəxs barəsində araşdırma aparılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib.

 

Nazir binaların dağılması ilə əlaqədar 184 nəfərin saxlanıldığını, onlardan 55-nin həbs edildiyini açıqlayıb.

 

"İndiyədək zəlzələ nəticəsində dağılan 7598 binadan nümunələr götürülərək ekspertiza aparılıb", - deyə nazir qeyd edib.

 

Xatrıladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu