Rusiya ordusu Xerson şəhərini yenidən atəşə tutub.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib.
Hücum zamanı azı üç nəfər yaralanıb.
Xerson vilayət administrasiyasının məlumatına görə, yaralananlar arasında regional fövqəladə xilasetmə xidmətinin iki əməkdaşı da var. Onlara köməklik göstərilir.
Akif İsmayılov