Modern.az

Çinin Rusiyaya yardım etdiyini göstərən əlamət yoxdur - BAYDEN

Çinin Rusiyaya yardım etdiyini göstərən əlamət yoxdur - BAYDEN

Dünya

25 Fevral 2023, 20:54

Hazırda Çinin Rusiyaya hərbi yardım etdiyini göstərən heç bir əlamət yoxdur.

 

Modern.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden ABC-yə müsahibəsində deyib.

 

Bayden bildirib ki, o, Pekindən gələcəkdə belə addımlar gözləmir: "Mən gözləmirəm, Çindən Rusiyaya silah vermək üçün böyük təşəbbüslər gözləmirəm".

 

ABŞ Prezidenti ötən ilin yayında Çin lideri Si Cinpinlə görüşdə bu mövzudan və mümkün iqtisadi nəticələrdən danışdığını, ABŞ-ın bu işə biganə qalmayacağını bildirib.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu