Ukrayna uğrunda gedən döyüşlərdə daha bir ABŞ vətəndaşı həlak olub.
Modern.az xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ Dövlət Departamentinə istinadən məlumat yayıb.
ABŞ ordusunun Marşfilddən (Viskonsin ştatı) olan veteranı fevralın 16-da ölüb.
"Biz ABŞ vətəndaşlarının Ukraynada öldüyünü təsdiqləyə bilərik. Biz onların ailələri ilə əlaqə saxlayırıq və hər cür konsulluq yardımını göstəririk", - ABŞ Dövlət Departamenti bildirib.
Qeyd olunub ki, 28 yaşlı Endryu Peters Ukraynanın Beynəlxalq Müdafiə Legionuna qoşulub. Valideynlərinin dediyinə görə, o, Ukrayna xalqına döyüşməkdə və ölkəsini azad etməkdə kömək etmək istəyib. Amerikalı döyüşçü 2014-cü ildə Əfqanıstanda xidmət edib.
Akif İsmayılov