Modern.az

Azərbaycan xilasediciləri zəlzələ bölgəsində işi davam etdirir - Çavuşoğlu

Azərbaycan xilasediciləri zəlzələ bölgəsində işi davam etdirir - Çavuşoğlu

26 Fevral 2023, 14:47

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu zəlzələ bölgəsində görülən işlərdən danışıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələni əsrin fəlakəti adlandıran nazir könüllülərin zəlzələ bölgəsində olduğunu xatırladıb.

 

"102 ölkə xilasedicilər yollamağı təklif etdi ki, bunların 90-ı xilasediciləri göndərdi. İndi Azərbaycan, Gürcüstan, Özbəkistan və Filippinin xilasediciləri işi davam etdirirlər", - XİN başçısı söyləyib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Fevralın 20-də isə Hatay vilayətində 6.4 ballıq növbəti zəlzələ qeydə alınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu