Modern.az

Separatçılar bizdən yaxşı silahlanıb, amma NATO üzvü olmayacağıq - Moldova spikeri

Separatçılar bizdən yaxşı silahlanıb, amma NATO üzvü olmayacağıq - Moldova spikeri

Dünya

26 Fevral 2023, 16:16

Moldova parlamentinin sədri İqor Qrosu ölkəsinin NATO-ya üzv olmayacağını bildirib.

 

Modern.az Moldova mətbuatına istinadən xəbər verir ki, siyasətçi bu haqda Moldovanın alyansa qoşulacağı təqdirdə münaqişənin gərginləşməsi ilə bağlı cəmiyyətdə dolaşan qorxular barədə suala cavab verərkən danışıb.

 

Spiker Moldovanın neytrallığını vurğulayıb və bildirib ki, ölkənin NATO-ya daxil olması məsələsindən söhbət getmir.

 

"Ancaq biz özümüzə çox ciddi sual verməliyik - hava məkanımızı necə qoruyacağıq? Bir dəfə biz hava məkanımızı bir saat bağlamalı olduq, çünki söhbət vətəndaşlarımızın təhlükəsizliyindən gedirdi. Biləsiniz ki, separatçı hakimiyyət orqanlarının Dnestrin sol sahilindəki qoşunları milli ordudan daha yaxşı təchiz olunub”, - o qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu