Modern.az

Zəlzələ bölgəsində tədrisin bərpası yenə ertələndi

Zəlzələ bölgəsində tədrisin bərpası yenə ertələndi

26 Fevral 2023, 16:45

Türkiyənin zəlzələ bölgəsində yerləşən Adana şəhərində tədris prosesinin dayandırılma müddəti uzadılıb.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin milli təhsil naziri Mahmut Özer məlumat verib.

 

Bildirilib ki, Adanada tədrisin bərpası 13 marta qədər ertələnib.

 

Xatrıladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Daha sonra Hatayda 6.4 ballıq növbəti zəlzələ qeydə alınıb.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?