Modern.az

Kiyevin indi F-16-lara ehtiyacı yoxdur - Sallivan

Kiyevin indi F-16-lara ehtiyacı yoxdur - Sallivan

Dünya

26 Fevral 2023, 18:34

"Ukraynanın F-16 qırıcıları ilə təmin edilməsi imkanlarına daha sonra baxılacaq, indi Kiyevin buna ehtiyacı yoxdur".

 

Modern.az xəbər verir ki, bunu CNN telekanalına müsahibəsində ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

 

"Biz müharibənin hazırkı mərhələsində Ukraynanın ehtiyaclarını diqqətlə öyrənirik. İndi tanklar, piyadaların döyüş maşınları, zirehli transportyorlar, artilleriya, raketdən müdafiə sistemləri lazımdır ki, Ukrayna qüvvələri Rusiyanın işğal etdiyi ərazilərə nəzarəti bərpa edə bilsin. F-16 daha uzaq perspektivin məsələsidir”, - deyə o bildirib.

 

"Prezident Baydenin dediyi kimi, o, hələlik bunu (Ukraynaya F-16 tədarükünü - red.) etməyəcək", - deyə müşavir əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu