Modern.az

Zəlzələyə görə neçə nəfər məsuliyyətə cəlb edilib? - İNFOQRAFİKA

Zəlzələyə görə neçə nəfər məsuliyyətə cəlb edilib? - İNFOQRAFİKA

26 Fevral 2023, 18:52

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı hüquqi müstəvidə araşdırmalar davam etdirilir.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu vaxta qədər 188 nəfər həbs edilib.

 

Daha 626 nəfər şübhəli şəxs qismində araşdırmalara cəlb edilib. 16 nəfər ölüb, 63 nəfərin ifadəsi alınaraq sərbəst buraxılıb. 5 nəfərin isə ölkə xaricində olduğu təsbit edilib. Bildirilib ki, yekun hüquqi qiymət araşdırmalar başa çatdıqdan sonra veriləcək.

 

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Daha sonra Hatayda 6.4 ballıq növbəti zəlzələ qeydə alınıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu