Modern.az

Çin Rusiyaya silah göndərməyi düşünür - ABŞ kəşfiyyatı

Çin Rusiyaya silah göndərməyi düşünür - ABŞ kəşfiyyatı

Dünya

26 Fevral 2023, 20:50

ABŞ əmindir ki, Çin Rusiyaya silah göndərməyi düşünür, lakin kəşfiyyat məlumatları Pekinin hələ yekun qərar vermədiyini göstərir.

 

Modern.az xəbər verir ki, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns "CBS News"a bildirib.

 

"Biz öldürücü silahların faktiki çatdırılmasına dair sübut görmürük", - deyə Börns qeyd edib.

 

Xatırladaq ki, bundan əvvəl CNN Çin hökumətinin Rusiyaya silah göndərmək istəməsi barədə məlumat yayıb.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu