Modern.az

Zəlzələ 1 kilometr yolu ikiyə böldü

Zəlzələ 1 kilometr yolu ikiyə böldü

Dünya

26 Fevral 2023, 21:26

Türkiyədə baş verən zəlzələ magistral yollarda ciddi çatlar yaradıb.

 

Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

 

Bildirilib ki, zəlzələ nəticəsində Hatay vilayətinin İskenderun bölgəsində təxminən 1 kilometrlik magistral yolda dərin çatlar yaranıb.

 

Xatrıladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Daha sonra Hatayda 6.4 ballıq növbəti zəlzələ qeydə alınıb.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu