Modern.az

Məşhur silah şirkəti işçi sayını kəskin artırır - Ukraynaya görə

Məşhur silah şirkəti işçi sayını kəskin artırır - Ukraynaya görə

27 Fevral 2023, 00:23

Fransanın "Thales SA" silah şirkəti Ukraynadakı müharibənin yaratdığı güclü tələbat fonunda 2023-cü ildə 12 min nəfəri işə götürməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

 

Agentliyin məlumatına görə, yeni işçilərin 40%-i tədqiqat və təkmilləşdirmə işləri ilə, xüsusən də süni zəka, proqram təminatı, kibertəhlükəsizlik və biometrika sahəsində çalışacaq.

 

5,5 min işçi Fransada qalacaq, 3 mindən bir qədər çox işçi Avropada (Böyük Britaniya da daxil olmaqla) işləyəcək. 12 000 əməkdaşın qalan hissəsi ABŞ, Kanada, Avstraliya və Asiya ölkələrinə göndərilib.

 

2022-ci ildə Ukraynada müharibə başlayandan sonra "Thales" heyətini 11,5 min nəfər artırıb. 2022-ci ilin sonuna şirkətin 77 min işçisi var idi.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu