Ukrayna prezidenti Volodimir Zelenski ölkənin birləşmiş qüvvələrinin komandanı Eduard Moskalyovu vəzifəsindən azad edib.
Modern.az xəbər verir ki, bu barədə Zelenski müvafiq qərar imzalayıb.
Ukrayna birləşmiş qüvvələri Donbas bölgəsindəki döyüşlərdə iştirak edir. Komandirin vəzifəsindən niyə azad edildiyi məlum deyil.
Qeyd edək ki, Moskalyov bu vəzifəyə 2022-ci ilin mart ayında təyin edilmişdi.