Modern.az

Bu ölkədə avtomobilləri yumaq qadağan edildi

Bu ölkədə avtomobilləri yumaq qadağan edildi

27 Fevral 2023, 08:52

Fransa hakimiyyəti quraqlıq səbəbindən ölkənin cənubundakı dörd departamentdə su istehlakına məhdudiyyətlər qoyub.

 

Modern.az TASS-a istinadla xəbər verir ki, bu barədə bazar günü Ekoloji Keçid və Ərazi Birliyi naziri Kristof Beşu bildirib.

 

“Dörd departamentdə məhdudiyyətlər tətbiq edilib: İzer, Buş-dyu-Ron, Var və Şərqi Pireney. Prefektin əmri aprelin 30-dək fiziki şəxslərə avtomobillərini yumaq, qazonları sulamaq, hovuzu doldurmaq qadağan olunub. Yerli səviyyədə fermerlər də daxil olmaqla hamı su istehlakını 50% azaltmalıdır”, - deyə o bildirib.

 

Nazirin sözlərinə görə, respublikanın bəzi digər idarələri də nəzarətdədir, onlarda da analoji tədbirlər tətbiq oluna bilər.

 

Qeyd edək ki, Fransanın meteoroloji xidməti 2022-ci ili ölkə tarixinin ən isti ili kimi tanıyıb. Belə ki, ötən il orta illik temperatur təxminən 14,5 dərəcə qeydə alınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu