Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İsveçrəyə səfər edəcək.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, səfər 27-28 fevral tarixlərini əhatə edəcək. Mirzoyan Cenevrədə BMT İnsan Hüquqları Şurasının 52-ci sessiyasının iclasında iştirak edəcək.
Qeyd olunub ki, həmçinin nazirin bir sıra tərəfdaşları ilə görüşü də nəzərdə tutulub.