Modern.az

Putin ultra-millətçilərlə əlaqəni gücləndirir - ABŞ institutu

Putin ultra-millətçilərlə əlaqəni gücləndirir - ABŞ institutu

27 Fevral 2023, 09:38

"Rusiya prezidenti Vladimir Putin gizli səfərbərlik çərçivəsində ultra-millətçilərlə əlaqəni gücləndirir".

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibələrin Araşdırılması İnstitutunun (ISW) araşdırmasında qeyd olunub.

 

"2022-ci ilin may ayından etibarən Rusiya diktatoru şəxsi münasibətlərinə baxmayaraq, yerli bloqerlər və ultra-millətçi qüvvələrlə əməkdaşlıq etmək üçün kampaniya təşkil edib", - institutun araşdırmasında bildirilib.
 

"Onlar Putinə nəinki rusları cəbhəyə cəlb etməkdə, həm də onun əsas əlaltıları Gerasimov və Şoyqunun reputasiyasını xilas etməkdə kömək ediblər" - deyə ISW analitikləri vurğulayıb.

Sizə yeni x var
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi