Modern.az

Putin “tabut axını” ilə üzləşməli olacaq - CIA rəhbəri

Putin “tabut axını” ilə üzləşməli olacaq - CIA rəhbəri

27 Fevral 2023, 10:00

"Putin ABŞ-ın Rusiyaya qarşı müharibədə Ukraynanı dəstəkləmək qərarını lazımınca qiymətləndirmir".

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bunu ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) rəhbəri Uilyam Börns deyib.

 

"O inanır ki, bizdə "diqqət çatışmazlığı" var və buna görə də sonda başqa məsələyə keçəcəyik və Ukrayna ikinci plana düşəcək. Amma Putin artan xərclərlə və Rusiyanın ən yoxsul bölgələrinə "tabut axını"nın gəlməsi faktı ilə üzləşməli olacaq", - deyə Börns əlavə edib.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi