Modern.az

İran 44 günlük müharibədə əlil olan erməniləri müalicə edəcək

İran 44 günlük müharibədə əlil olan erməniləri müalicə edəcək

Dünya

27 Fevral 2023, 13:32

İran 44 günlük Qarabağ müharibəsində əlil olan Ermənistan vətəndaşlarının reabilitasiyası ilə bağlı addımlar atacaq.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə İranın kooperasiya, əmək və sosial təminat naziri Seyid Soulat Mortazavi açıqlama verib.

 

Bildirilib ki, iranlı nazir Ermənistana səfəri çərçivəsində İrəvanda bu ölkənin əmək naziri Narek Mkrtçyan ilə görüşüb.

 

"Tehran 44 günlük müharibə zamanı əlil olmuş Ermənistan vətəndaşlarının reabilitasiyasına yardım etməyə hazırdır", - deyə o söyləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?