Modern.az

115 min nəfər dağıntılar altından sağ çıxarılıb - ƏRDOĞAN

115 min nəfər dağıntılar altından sağ çıxarılıb - ƏRDOĞAN

27 Fevral 2023, 16:20

Zəlzələ bölgəsində 115 min nəfər dağıntılar altından sağ çıxarılıb.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyamanda keçirdiyi mətbuat konfransında bildirib.

 

O deyib ki, zərzələnin dağıdıcı təsiri və mənfi hava şəraiti səbəbindən ilk günlər Adıyamanda müvafiq tədbirlər görülə bilməyib. Ərdoğan buna görə Adıyaman sakinlərindən halallıq istəyib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Fevralın 20-də isə Hatay vilayətində 6.4 ballıq növbəti zəlzələ qeydə alınıb.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi