Kanada hökumət telefonlarında Çinin "TikTok" sosial şəbəkəsini qadağan edib.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Hökumət "TikTok"un məxfilik və təhlükəsizlik üçün "qəbuledilməz" risk səviyyəsinə malik olduğunu bəyan edib. "TikTok" şirkəti Kanadanın qərarından məyus olduğunu açıqlayıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ və Avropa Komissiyası da oxşar qərar qəbul edib.
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns bildirmişdi ki, ABŞ kəşfiyyatı “TikTok”un ölkənin milli təhlükəsizliyinə təhdid yaratdığına inanır. Onun fikrincə, Çin hakimiyyəti “TikTok”un amerikalı istifadəçilərinin şəxsi məlumatlarını əldə etmək, həmçinin bu sosial şəbəkədə hansı materialın yerləşdirilməsinə nəzarət etmək bacarığına malikdir.
Akif İsmayılov