Modern.az

Belarusa tətbiq edilən sanksiyalar 1 il uzadıldı

Belarusa tətbiq edilən sanksiyalar 1 il uzadıldı

27 Fevral 2023, 23:22

Avropa İttifaqı (Aİ) Şurası Belarusa qarşı tətbiq edilən sanksiyaların müddətini bir il uzadıb.

 

Modern.az xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında məlumat yayılıb.

 

"Daxili repressiya" və "Ukrayna müharibəsində iştirakı"na görə Belarusa tətbiq edilən sanksiyalar 2024-cü il fevralın 28-dək qüvvədə olacaq.

 

Məhdudlaşdırıcı tədbirlərə Aİ-yə səyahət qadağası və Belarus prezidenti Aleksandr Lukaşenko da daxil olmaqla 195 nəfərin aktivlərinin dondurulması daxildir.

 

Təşkilat, həmçinin Belarusda vətəndaş cəmiyyətinə və müstəqil mediaya dəstəyi davam etdirməyə söz verib.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu