Modern.az

İranda azərbaycanlı vəkilə qarşı haqsızlıq – Aksiya keçirdi (FOTO)

İranda azərbaycanlı vəkilə qarşı haqsızlıq – Aksiya keçirdi (FOTO)

Dünya

28 Fevral 2023, 09:42

Vəkillik imtahanını keçməsinə rəğmən mədəni fəaliyyətləri səbəbilə lisenziya ala bilməyən Yılmaz Mehrəlibəyli İranda "Vəkillər Günü" münasibətilə Təbrizdə Şərqi Azərbaycan Vəkillər Kollegiyası binasının qarşısında piket keçirib.

 

Modern.az "Amerikanın Səsi"nə istinadən xəbər verir ki, sosial mediada paylaşılan görüntürlərdə Mehrəlibəylinin üzərində "Azərbaycan millətinin hüququnu müdafiə etdiyim üçün vəkillik işindən məhrum edildim" və "vəkillər birliyi qalmalı, başqalarına tabe olan idarə heyəti getməlidir" yazılmış plakatlar nümayiş etdirdiyi əks olunub.

 

Yılmaz Mehrəlibəyli öz "Instagram" səhifəsində həm hakimlərin, həm də vəkillərin İran hökuməti tərəfindən təyin edildiyini önə çəkib: "Vəkillər Birliyi və hakimlərin müstəqilliyi məhkəmə ədalətinin zəruri şərtidir. Həm hakimin həm də vəkilin təyini hökumətin səlahiyyətində olduğu zaman ədalətdən danışmaq olmaz. Hökumət istəyir ki, matçın hakimi onun lehinə, qapıçısı olmayan rəqibə qarşı penalti təyin etsin".

 

Təbrizli vəkil Sina Yusufi daha əvvəl öz tviter hesabında Vəkillər Kollegiyasının Yılmaz Mehrəlibəyliyə lisenziya verməkdən imtina etdiyinə dair məktubun surətini yayımlayıb. Məktubda yazılıb ki, kollegiyanın idarə heyətinin 2022-ci il 1 fevral tarixində aldığı qərara əsasən, Yılmaz Mehrəlibəyliyə vəkil lisenziyası verilməsi rədd edilib.

 

Yusufinin yazıb: "Yılmaz Mehrəlibəyli çətin vəkillik imtahanından keçdi. Ancaq təhlükəsizlik qurumu Mehrəlibəylinin heç bir məhkumluq keçmişi olmamasına rəğmən onu haqqından məhrum etdilər. Vəkillər birliyinin idarə heyəti isə heç bir etiraz etmədən təhlükəsizlik qurumunun bu müdaxiləsinə zəmin yaratdı".

 

Culfa şəhərinin sakini olan Mehrəlibəyli ailəsi illərdir ki, Güney Azərbaycanda türk dili haqları və digər hüquqlar uğrunda fəaliyyət göstərirlər. Ailənin bəzi üzvləri, o cümlədən Yürüş Mehrəlibəyli daha əvvəl fəaliyyətləri səbəbilə həbs və mühakiməyə məruz qalıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu