Modern.az

Paşinyan Ərdoğanı ad günü münasibətilə təbrik edib

Paşinyan Ərdoğanı ad günü münasibətilə təbrik edib

Dünya

28 Fevral 2023, 10:18

Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı ad günü münasibətilə təbrik etməsi ilə bağlı məlumatlar yayılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın "Past" nəşri Ermənistan Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən iddia edib.

 

Bildirilib ki, o, üstəlik bunu adi prosedura uyğun deyil, normallaşma üzrə xüsusi nümayəndələr Ruben Rubinyan və Serdar Kılıç vasitəsilə edib.

 

Qeyd edək ki, Ərdoğanın fevralın 26-da 69 yaşı tamam olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu