Modern.az

Paşinyanın partiyası yenə ombudsman tapa bilmədi

Paşinyanın partiyası yenə ombudsman tapa bilmədi

Dünya

28 Fevral 2023, 10:24

Ermənistanda hakim "İctimai Müqavilə" Partiyasının deputatları qapalı iclas keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə “Joğovurd” nəşri öz mənbələrinə istinadən yazıb.

 

Məlumata görə, toplantıda hakimiyyət parlamentin bu gün keçirilən iclasını sakit keçirmək qərarı verilib. Belə ki, deputatlar müxalifəti tənqid etməmək barədə razılığa gəliblər.

 

Qeyd olunub ki, amma ombudsmanın namizədliyi ilə bağlı yekun qərara gəlmək yenə də mümkün olmayıb.

 

Qeyd edək ki, K.Qriqoryan Ali Məhkəmə Şurası üzvlüyü vəzifəsinə getdiyi üçün yanvarın 23-də ombudsman postundan istefa verib. O vaxtdan bəri yeni ombudsman təyin etməyə müvəffəq olunmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu