Modern.az

Sankt-Peterburqda həyəcanlı anlar - Qırıclar havaya qaldırıldı (VİDEO)

Sankt-Peterburqda həyəcanlı anlar - Qırıclar havaya qaldırıldı (VİDEO)

Dünya

28 Fevral 2023, 12:13

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Pulkovo hava limanı təyyarələrin qəbulunu dayandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə şəhər administrasiyası məlumat yayıb. 

 

Təyyarələrin hərəkətini izləyən "Flightradar24" xidmətinin məlumatına görə, Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzərində səmada uçuşlarını dayandırıb. Moskvadan Sankt-Peterburqa gedən sərnişin təyyarələri dövrə vurur və ya geri qayıdır.

 

Məlumata görə, Sankt-Peterburq səmasında naməlum uçuş aparatları aşkarlanıb. REN telekanalı anonim mənbəyə istinadən xəbər verir ki, Pulkovo hava limanı üzərində 200 km radiusda hava məkanı bağlanıb. “Göydə hərbi təyyarələr var, hava məkanında uçuş aparatlarının axtarışı davam edir”, - telekanal bildirib.

 

 

Rahib Ələsgərov

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu