Modern.az

Zəlzələdən sonra 40 min suriyalı Türkiyəni tərk edib

Zəlzələdən sonra 40 min suriyalı Türkiyəni tərk edib

Dünya

28 Fevral 2023, 13:26

Türkiyədə zəlzələnin təsir etdiyi vilayətləri tərk edən suriyalıların sayı 40 minə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Britaniyanın "Reuters" agentliyi Türkiyə rəsmilərinə və Suriya müxalifətinin nümayəndələrinə istinadən məlumat yayıb.

 

Bab əl Hava sərhəd-keçid məntəqəsindən 13 min 500, Cerablusdan 10 min, Bab əl Selam və Tel Abyadın hər birindən 7 min suriyalı öz ölkəsinə qayıdıb. 

 

Türkiyə rəsmiləri ölkəni tərk edən suriyalıların sayının artacağını bildirib.

 

Rahib Ələsgərov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu