Modern.az

Fransada sudan istifadəyə məhdudiyyət qoyulur

Fransada sudan istifadəyə məhdudiyyət qoyulur

Dünya

28 Fevral 2023, 14:40

Fransanın hakimiyyət orqanları quraqlıq səbəbindən bütün respublika ərazisində su çatışmazlığı ilə bağlı vəziyyəti araşdıracaq və mümkün olan bütün regionlarda sudan istifadəyə məhdudiyyət qoyacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Fransanın ekoloji keçid və ərazi vahidliyi naziri Kristof Beşyu RMS radiostansiyasının efirində deyib.

 

Onun sözlərinə görə, ötən il Fransada 700 kommunanın içməli su çatışmazlığı ilə qarşılaşıb və məhdudiyyətlər tətbiq olunmasa, cari ildə sudan əziyyət çəkən kommunaların sayı 2 minə çata bilər.

 

Fevralın 26-dan başlayaraq, artıq Fransanın cənubunda yerləşən İzer, Buş-dü-Ron, Var və Şərqi Pireney departamentlərində sudan istifadəyə məhdudiyyətlər tətbiq olunub. Yeni qaydalar aprelin 30-dək fiziki şəxslərin avtomobil yumasını, çəməni sulamasını, hovuzları doldurmasını qadağan edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu