Modern.az

Ukraynanın NATO perspektivi hələ uzaqdadır - Stoltenberq

Ukraynanın NATO perspektivi hələ uzaqdadır - Stoltenberq

Dünya

28 Fevral 2023, 16:33

"Ukraynanın NATO-ya üzvlük perspektivi hələ də uzaqdadır. Bununla belə, alyans müharibədən sonra müdafiəni gücləndirmək üçün Ukraynaya dəstəyini davam etdirəcək".

 

Modern.az "RBK Ukraine"a istinadən xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib.

 

"NATO üzvləri əvvəllər Ukraynanın alyansa daxil olacağı barədə razılığa gəliblər. Bu, uzaq perspektivdir. İndi vacib olan Ukraynanın suveren və müstəqil dövlət kimi saxlanmasını təmin etməkdir, ona görə də biz Ukraynanı dəstəkləməliyik", - Stoltenberq bildirib.

 

O əlavə edib ki, NATO Ukraynaya müharibə bitdikdən sonra güclü müdafiə qurmağa kömək etməlidir ki, Rusiya yenidən təcavüzə başlamasın. Bundan əlavə, NATO-nun baş katibi təhlükəsizlik təminatlarının vacibliyini qeyd edib və hərbi alyansın Ukraynaya 100 milyard avro həcmində hərbi yardım göstərdiyini diqqətə çatdırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu