Rusiya prezidenti Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinin (FTX) kollegiya iclasını keçirib.
Modern.az "Kommersant"a istinadən xəbər verir ki, o, toplantıya şəxsən sədrlik edib.
Putin xüsusi xidmət orqanına Rusiya-Ukrayna sərhədini “xüsusi nəzarət altında saxlamağı” tapşırıb.
Həmçinin təxribat qruplarının qarşısının alınması barədə müvafiq göstəriş verilib. Məlumata görə, toplantı hələ davam edir.