Modern.az

Orduya kömək edin! - Putindən Təhlükəsizlik Xidmətinə TAPŞIRIQ

Orduya kömək edin! - Putindən Təhlükəsizlik Xidmətinə TAPŞIRIQ

Dünya

28 Fevral 2023, 16:55

"Federal Təhlükəsizlik Xidməti Qərbin Rusiya Federasiyasına qarşı kəşfiyyat fəaliyyətinin intensivləşməsinə adekvat cavab verməlidir".

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu FTX-nin kollegiya iclasında Rusiya prezidenti Vladimir Putin deyib.

 

Putin qurumu korrupsiyaya qarşı mübarizəni gücləndirməyə, dövlətin müdafiə sifarişinin yerinə yetirilməsinə və büdcənin hazırlanmasına ciddi nəzarət etməyə çağırıb.

 

"Rusiya Federasiyasında terror təhlükəsinin güclənməsi Kiyevin və onun “köhnə dostlarından” istifadə edən Qərbin hərəkətləri ilə bağlıdır. FTX xüsusilə müdafiə sənayesi müəssisələrinin işinə nəzarət etməlidir. Rusiyanı parçalamaq istəyənlərin fəaliyyətini dayandırmağa davam etməlidir. Əks-kəşfiyyatın vəzifələrinin yerinə yetirilməsində orduya kömək etməyi tapşırıram. Rusiya Federasiyasının Silahlı Qüvvələri, FTX və digər xüsusi xidmət orqanları Ukraynadakı əməliyyatlar zamanı əvəzsiz döyüş təcrübəsi qazanıb və bundan təhlükəsizliyi gücləndirmək üçün istifadə edilməlidir", - deyə Putin vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu