Təbriz şəhərində təqaüdçülər Şərqi Azərbaycan Valiliyinin binası qarşısında etiraz aksiyası keçiriblər.
Modern.az xəbər verir ki, bu barədə "Amerikanın Səsi" məlumat yayıb.
Məlumata görə, Təbriz şəhərində təqaüdçülər yaşayış şəraitinə etiraz olaraq, İranın digər şəhərləri ilə eyni vaxtda aksiya keçiriblər. Aksiya iştirakçıları təqaüdlərinin yetərli olmaması, inflyasiya və məişət şəraitinə etirazlarını bildiriblər.
İran Azərbaycanının digər şəhəri olan Ərdəbildə də təqaüdçülər valilik binası qarşısında etiraz aksiyası keçiriblər. Qəzvin şəhərində təqaüdçülərin etiraz aksiyasında “Rusiyanı burax, bizim duruma bir çarə qıl” şüarı səsləndirilib.