Modern.az

ABŞ Rusiyanın Çinə uran satmasından narahatdır

ABŞ Rusiyanın Çinə uran satmasından narahatdır

Dünya

1 Mart 2023, 19:40

Rusiya Çinə nüvə yanacağı tədarükünü artırıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Pentaqondakı mənbələrinə istinadən məlumat yayıb.

 

Agentliyin məlumatına görə, 2022-ci ilin sentyabr-dekabr aylarında Rusiya Çinə 25 min kq zənginləşdirilmiş uran ixrac edib.

 

Nəşr bildirir ki, Rusiya Çinə CFR-600 reaktoru üçün ABŞ və MAQATE-nin son otuz ildə bütün dünyada ələ keçirdiyindən daha çox zənginləşdirilmiş uran verib.

 

ABŞ rəsmisi Rusiyanın Çinə uran tədarük etməsindən narahat olduğunu bəyan edib.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?