Macarıstan əksər Qərb ölkələrindən fərqli olaraq, Çinin Ukrayna üçün təqdim etdiyi sülh planını dəstəkləyib.
Modern.az xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban bildirib.
"Biz də Çinin sülh planını vacib hesab edirik və onu dəstəkləyirik", - Macarıstan lideri bildirib.
Xatırladaq ki, Çin Ukraynadakı müharibənin bütün tərəflərini hərbi əməliyyatları dayandırmağa və “soyuq müharibə zehniyyətindən əl çəkməyə” çağırıb.
Pekin hesab edir ki, sülh danışıqlarına başlamaq, birtərəfli sanksiyalara son qoymaq, həmçinin Ukrayna taxılının ixracına zəmanət vermək və strateji riskləri azaltmaq lazımdır. Sənəd “Ukrayna böhranının siyasi həlli ilə bağlı Çinin mövqeyi” adlanır.
Akif İsmayılov