Modern.az

Paşinyan arvadı və qızı ilə Berlində - YENİLƏNİB

Paşinyan arvadı və qızı ilə Berlində - YENİLƏNİB

Dünya

2 Mart 2023, 15:42

Ermənistanın baş naziri Nikol Paşinyanı daşıyan təyyarə Almaniyanın paytaxtı Berlinə eniş edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" yazıb.

 

Bildirilib ki, Paşinyanı həyat yoldaşı Anna Akopyanla yanaşı, ortancıl qızı da müşayiət edir.

 

***

09:34

 

Ermənistanın baş naziri Nikol Paşinyan martın 2-3-də Almaniyaya işgüzar səfər edəcək.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, Nikol Paşinyan səfər çərçivəsində Almaniya kansleri Olaf Şolts və prezident Frank-Valter Ştaynmayerlə görüşəcək. Həmçinin o, Almaniya Xarici Əlaqələr Şurasına baş çəkəcək. 

 

Məlumata görə, səfərdə Paşinyanı həyat yoldaşı Anna Akopyan da müşayiət edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu