Modern.az

G20 sammitində SÜKUT: Zəlzələ qurbanları anıldı - VİDEO

G20 sammitində SÜKUT: Zəlzələ qurbanları anıldı - VİDEO

Dünya

2 Mart 2023, 09:48

G20 XİN başçıları sammitində Türkiyədəki zəlzələ qurbanları sükutla yad edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviter səhifəsində yazıb və görüntüləri paylaşıb.

 

"G20 xarici işlər nazirləri zəlzələ ilə bağlı sükutda dayandılar, verdikləri başsağlığını təkrarladılar. Dəstək və həmrəylikləri üçün təşəkkür etdik", - deyə o qeyd edib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Fevralın 20-də isə Hatay vilayətində 6.4 ballıq növbəti zəlzələ qeydə alınıb. Malatyada da 5.6 ballıq daha bir zəlzələ baş verib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu