Modern.az

Özbəkistan və Azərbaycan liderləri qardaşlığımızı əks etdirir - Mirziyoyevin sözçüsü

Özbəkistan və Azərbaycan liderləri qardaşlığımızı əks etdirir - Mirziyoyevin sözçüsü

Dünya

2 Mart 2023, 12:15

Özbəkistan prezidenti Şavkat Mirziyoyevin mətbuat xidmətinin rəhbəri Şirzad Əsədov Azərbaycan-Özbəkistan münasibətləri ilə bağlı paylaşım edib.

 

Modern.az xəbər verir ki, sözçü tviter səhifəsində bu barədə yazıb.

 

"Həm Özbəkistan prezidenti, həm də Azərbaycanın dövlət başçısı ölkələrimiz arasındakı güclü qardaşlıq əlaqələrini əks etdirir. Qoşulmama Hərəkatının zirvə toplantısı üçün ailə fotosunda Özbəkistan-Azərbaycan səmimiyyəti", - deyə o qeyd edib.

 

Xatırladaq ki, Ş.Mirziyoyev Qoşulmama Hərəkatının tədbirində iştirak etmək üçün Azərbaycanda səfərdədir.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu