Modern.az

Azərbaycan fəallıq nümayiş etdirib - Rafael Qrossi

Azərbaycan fəallıq nümayiş etdirib - Rafael Qrossi

Dünya

2 Mart 2023, 13:50

"Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə COVID-19 pandemiyası kimi ən aktual məsələlərin nəzərdən keçirilməsi və bu cür çağırışlarla ən effektiv şəkildə mübarizə aparmağın yollarının tapılması istiqamətində fəallıq nümayiş etdirib".

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi deyib.

 

"Mən bu səyləri alqışlayıram", - Qrossi bildirib. O, həmçinin əlavə edib ki, Bakıya səfəri çərçivəsində AEBA-nın nüvə texnologiyası baxımından pandemiyanın nəticələri ilə mübarizədə ölkələrə necə kömək edə biləcəyini müzakirə etməyə ümid edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu